Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs ölüb - YENİLƏNİB

Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs ölüb - YENİLƏNİB

Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs xəstəxanaya çatdırılsa da, ölüb.

"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü atıb.

Onun psixoloji problemlərinin olduğu bildirilir.

08:08

Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.

“Birxeber.Az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib.

Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.