Abşeronda usta işlədiyi evdə ölüb

Abşeronda usta işlədiyi evdə ölüb

Abşeron rayonunda 47 yaşlı usta işlədiyi evdə ölüb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Həsənov Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində ölmüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.