İsrail və Fransa müdafiə nazirləri görüşüb

İsrail və Fransa müdafiə nazirləri görüşüb

İsrail və Fransa müdafiə nazirləri görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "X" hesabında bildirib.

“Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə mühüm görüşümüz oldu.

Qəzzada kampaniyanın gedişi və girovların geri qaytarılması səyləri, Livan sərhədində təhlükəsizlik vəziyyətinin dəyişdirilməsi və "Hizbullah" qüvvələrinin çıxarılması, şimal ərazilərimizin sakinlərinin geri qayıtmasının zəruriliyini müzakirə etdik", - İsrailin müdafiə naziri qeyd edib.