Bakıda piyada mopedə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda piyada mopedə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, hadisə Zabrat-Balaxanı şossesində qeydə alınıb.

29 yaşlı Kamran Dəmirov işıqforla tənzimlənən yol ayrıcını keçərkən Rəşid Məmmədovun idarə etdiyi mopedə çırpılıb.

Moped aşıb, sürücü və yolu keçən K.Dəmirov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.