Bakıda 33 yaşlı kişini avtomobil vurub 

Bakıda 33 yaşlı kişini avtomobil vurub 

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Teymurov Elman İlqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.