Avropa çempionatı: Azərbaycanın güləşçiləri bir dəst medal qazanıblar

Avropa çempionatı: Azərbaycanın güləşçiləri bir dəst medal qazanıblar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisinin yunan-Roma güləşçiləri bir dəst medal qazanıblar.

“Report”un məlumatına görə, onlardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc mükafat əldə edib.

Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) məğlub edərək Avropa çempionu olub. Lakin Rəşad Məmmədov (55 kq) həlledici dueldə moldovalı Artyom Deleanuya uduzaraq, ikinciliyə yiyələnib.

Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib çıxıb.