Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var

Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var

Rusiyada yaşayış binasında güclü yanğın olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Krasnodar diyarının Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.

Binadan112-si uşaq olmaqla 440 nəfər təxliyə olunub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.