Azadlıq prospektində qəza olub, tıxac var - FOTO
Paytaxtda Azadlıq prospektində avtoqəza baş verib.
Birxeber Trend-ə istinadən xəbər verir ki, BMW və Opel markalı avtomobillərin toqquşması nəticəsində yolda tıxac yaranıb.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.