Bu gün 1 xal əldə etdik və nəticədən razıyam - Qurban Qurbanov

Bu gün 1 xal əldə etdik və nəticədən razıyam - Qurban Qurbanov
13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Rəqib həddindən artıq istəkli idi. Oyundan razı qaldım. Futbolçular sonadək yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. "Olimpiakos"a qarşıdakı görüşlərdə uğurlar arzulayıram.

Birxeber Trend-ə istinadən xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Kadi Borgesin durumu yaxın günlərdə bəlli olacaq. Onun ağrıları var idi. İkinci hissənin əvvəlində əziyyət çəkdiyini gördük və əvəzlədik. İkinci yarıda oyunu ələ ala bildik. Rəqib futbolçular öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar.

Təcrübəli baş məşqçi UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdiklərini xatırladıb: "Olimpiakos" ilk xalını qazandı. Bir xal onlar üçün əhəmiyyətli ola bilər. Həmişə qazandığımız hər xala şükür etmişəm. Bu gün bir xal əldə etdik və nəticədən razıyam.

“Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatçılıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam”, - deyə Q.Qurbanov əlavə edib.

Birxeber
İDMAN İDMAN
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

İDMAN İDMAN
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıblar - FOTO

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıblar - FOTO

İDMAN İDMAN
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

İDMAN İDMAN
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

İDMAN İDMAN
"Neftçi" "Zirə"ni məğlub etdi

"Neftçi" "Zirə"ni məğlub etdi

İDMAN İDMAN
Güləşçilərimiz İslamiadada daha bir qızıl medal qazandı

Güləşçilərimiz İslamiadada daha bir qızıl medal qazandı

İDMAN İDMAN
Bu idmançımız Azərbaycan çempionatında üç rekorda imza atdı

Bu idmançımız Azərbaycan çempionatında üç rekorda imza atdı

İDMAN İDMAN
Rafiq Hüseynov İslamiadanın qalibi oldu

Rafiq Hüseynov İslamiadanın qalibi oldu

İDMAN İDMAN
Bu gün "Barselona" "Bavariya"nın qonağı olacaq

Bu gün "Barselona" "Bavariya"nın qonağı olacaq

İDMAN İDMAN
"Milan" açılış matçında xal itirdi - VİDEO

"Milan" açılış matçında xal itirdi - VİDEO

İDMAN İDMAN
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub

İDMAN İDMAN
"Qarabağ"ın rəqibi Fransa çempionatında növbəti oyununu keçirdi

"Qarabağ"ın rəqibi Fransa çempionatında növbəti oyununu keçirdi