ABŞ səfiri Trampın NATO-ya qarşı fikirlərini "təhlükəli və məsuliyyətsiz" adlandırıb

ABŞ səfiri Trampın NATO-ya qarşı fikirlərini "təhlükəli və məsuliyyətsiz" adlandırıb

ABŞ-nin NATO-dakı səfiri keçmiş prezident Donald Trampın NATO alyansına qarşı son tənqidlərini "təhlükəli və məsuliyyətsizlik" adlandırıb.

APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culianna Smit onlayn mətbuat konfransında deyib.

"Kremli hər hansı bir NATO müttəfiqi və ya müttəfiq ərazisinə hücum etməyə təşviq etmək, həqiqətən də bizim əsgərlərimizi - ABŞ əsgərlərini və müttəfiqlərimizin əsgərlərini - daha böyük təhlükə altına qoyur. Bunu etmək, bu tip bəyanatlar vermək təhlükəlidir və açığı, məsuliyyətsizlikdir", - amerikalı diplomat deyib.

Xatırladaq ki, bu həftəsonu Tramp bildirib ki, o, Rusiyanı "hesablarını ödəyə bilməyən" NATO müttəfiqlərinə "istədiyini etməyə" təşviq edəcək. Trampın bu şərhi Ağ Evdə, NATO-nun qərargahında və müttəfiq paytaxtlarında tənqidə səbəb olub.