Türkiyədə mədəndə sürüşmə nəticəsində 9 nəfər torpaq altında qalıb - VİDEO - YENİLƏNİB

Türkiyədə mədəndə sürüşmə nəticəsində 9 nəfər torpaq altında qalıb - VİDEO - YENİLƏNİB

Türkiyənin Ərzincan vilayətində qızıl mədənində baş verən torpaq sürüşməsi zamanı mədənin 9 işçisi torpaq altında qalıb.

APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Ərzincan bələdiyyə sədri bildirib.

Hazırda ərazidə onların xilas edilməsi istiqamətində iş aparılır.

***

17:27

Türkiyədə qızıl mədənində torpaq sürüşməsi olub.

APA NTV-yə istinadən xəbər verir ki, hadisə Ərzincanda baş verib.

Geniş ərazidəki mədəndə sürüşmə nəticəsində torpaq kütləsinin altında işçilərin qaldığı bildirilir. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.