Azərbaycanda dövlət büdcəsinin sosialyönümlü xərcləri 13 % artıb

Azərbaycanda dövlət büdcəsinin sosialyönümlü xərcləri 13 % artıb

2023-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 35,8 %-i və yaxud 13 milyard 50,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq məhsullarının alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Bu barədə “Report”a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 1 473,8 milyon manat və yaxud 12,7 % çoxdur.