Aİ Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir

Aİ Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir

Mən təhlükəsizlik və müdafiə sahəsində Ermənistanla əməkdaşlığımızı genişləndirməklə bağlı istəyimizi ifadə etdim.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.

“Biz gələcək aylarda xarici təhlükəsizlik siyasəti ilə bağlı dialoq başladacağıq.
Bugünkü görüşümüz göstərdi ki, əlaqələrimiz həmişəkindən daha güclüdür və əlaqələrin inkişafı üçün qarşılıqlı maraq var”, - Borrell vurğulayıb.

Ali Nümayəndə xatırladıb ki, Ermənistanda Aİ-nin Müşahidə Missiyasının tərkibi bu yaxınlarda artırılıb.

Qeyd edək ki, bu gün Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçirilib. Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edib.