Bəhreyn Krallığının vəliəhdi və Baş naziri İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Sizə etimadının bir daha təsdiqi münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunuq.

Bəhreyn Krallığı ilə Azərbaycan Respublikası arasında bizim də diqqət verdiyimiz və yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin təşəkkürümüzü ifadə edirik. Ölkələrimizin və xalqlarımızın maraqları naminə bu münasibətləri bütün sahələrdə inkişaf etdirmək istiqamətində Zati-alinizlə işləməyə ümid edirik.

Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".