OPEC 2024-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib

OPEC 2024-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib.

“Report” bu barədə təşkilatın fevral ayı hesabatına istinadən xəbər verir.

Təşkilat tələbatın gündəlik 2,2 milyon barel artaraq 104,4 milyon barelə çatacağını gözləyir.

ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşacağına dair gözləntilərə görə bu ölkədə neft tələbatın artımı ilə bağlı proqnoz yüksəldilib.