Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb.

Bu barədə "Birxeber.Az"a Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

17:59

Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də Sevinc Rəfail qızı İbrahimova keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.