Sumqayıtdakı internat tipli gimnaziyanın vəzifəli şəxslərinə cinayət işi açılıb

Sumqayıtdakı internat tipli gimnaziyanın vəzifəli şəxslərinə cinayət işi açılıb

Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğunsan Birxeber.Az-ya verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.