"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesab açılmayıb.
***21:33
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***20:49
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda "Qarabağ" və Yunanıstan "Olimpiakos" oyunu start götürdü.
Birxeber xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.
Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.
Birxeber