Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB

Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Dünyamin Xəlilov barəsində indiyə qədər çıxarılan hökmlər qismən toplanılmaqla qəti olaraq 14 il 9 ay müddətinə, Azad İsə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

17:32

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror Dünyamin Xəlilovun 15 il, Azad Cavadovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.