Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatıma görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.