Andjey Duda Prezident İlham Əliyevi Polşaya rəsmi səfərə dəvət edib

Andjey Duda Prezident İlham Əliyevi Polşaya rəsmi səfərə dəvət edib

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə Polşa dövlət başçısının Azərbaycan liderinə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz. Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm", - A.Dudanın məktubunda qeyd edilib.