ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Yuxarı Palatası (Senat) Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, qnun layihəsinin lehinə 70 senator, əleyhinə isə 29-u səs verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya yardımı dəstəklədikləri üçün senatorlara təşəkkür edib: “ABŞ-nin yardımı Ukraynada ədalətli sülhün gəlməsinə yardım, qlobal sabitliyi bərpa edir. Bütün amerikalılar və azad dünya üçün daha böyük təhlükəsizliyə, firavanlığa gətirib çıxarır”.

Qanun layihəsində Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində yardım nəzərdə tutulur.