Azərbaycan atıcıları İspaniyadakı turnirdə finala yüksəliblər

Azərbaycan atıcıları İspaniyadakı turnirdə finala yüksəliblər

Azərbaycanın güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov İspaniyanın Qranada şəhərində gənclər arasında keçirilən Dünya Kubokunda finala yüksəliblər.

Azərbaycan Atıcılıq Federasiyasından "Birxeber.Az"a verilən məlumata görə, onlar qarışıq komanda yarışlarında fərqləniblər.

Sofiya Barxalova və Hacı Musayev isə 5-ci yerlə kifayətləniblər. Onlar ispaniyalı rəqibləri ilə eyni xal toplasalar da, mərkəzi atışlarda ispaniyalı rəqiblərinə nisbətən aşağı nəticə göstəriblər.