Mehdiabadda yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür

Mehdiabadda yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür.

"Birxeber"un əməkdaşı xəbər verir ki, tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş vətəndaş şikayətlərinə əsasən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində məlum olub.

Belə ki, sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.

Komitədən bildirilib ki, həmin obyektlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilməlidir:

"Abşeron rayonu ərazisində tikintiyə icazə icraatını həyata keçirən dövlət orqanı - Abşeron Rayon İcra Hakimiyyətidir. Aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və tikintiyə icazə icraatının təmin edilməsi xahişi ilə Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilib".

Abşeron rayon Mehdiabad qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, tikili hasarın içində olub: "Buna görə yalnız hasarı keçdikdən sonra xəbərimiz olub. 8 nəfər sakin evlərinə yaxın olduqları üçün şikayət ediblər, səbəb olaraq da toz və səs olduğunu bildiriblər".

HADİSƏ HADİSƏ
Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib

Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib

HADİSƏ HADİSƏ
DİN: "Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır"

DİN: "Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır"

HADİSƏ HADİSƏ
Bakıda boş ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda boş ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb

Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb

HADİSƏ HADİSƏ
Kürdəmir sakinindən "Kalaşnikov" götürülüb

Kürdəmir sakinindən "Kalaşnikov" götürülüb

HADİSƏ HADİSƏ
Xaçmazda dəniz sahilində kişi meyiti tapılıb

Xaçmazda dəniz sahilində kişi meyiti tapılıb

HADİSƏ HADİSƏ
Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakıda 32 yaşlı qadını avtomobil vurub

HADİSƏ HADİSƏ
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

HADİSƏ HADİSƏ
Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib

Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib

HADİSƏ HADİSƏ
Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
Qızılağac Milli Parkında qamışlıq sahədə intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB

Qızılağac Milli Parkında qamışlıq sahədə intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Xaçmazda yol qəzasında 65 yaşlı kişinin boynu sınıb

Xaçmazda yol qəzasında 65 yaşlı kişinin boynu sınıb