Rusiyada Ermənistanın "Jermuk" suyunun satışı dayandırılacaq

Rusiyada Ermənistanın "Jermuk" suyunun satışı dayandırılacaq

Rusiya Ermənistan istehsalı "Jermuk" mineral suyunun satışını dayandıracaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb "Jermuk" suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması olub.

Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub.

Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk" ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.