Qaxda məşhur "Ulu körpü" dağılmaq üzrədir

Qaxda məşhur "Ulu körpü" dağılmaq üzrədir

Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrdən biri Ulu körpüdür.

"Birxeber"un Şimal-qərb bürosunun məlumatına görə, körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.

Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Kürmük çayının gətirdiyi sel-sularına sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir.

Ulu körpünün inşa tarixi barədə irəli sürülən mülahizələrə görə, körpü İlisu sultanlığının mərkəzinə çevrildikdən sonra, tikilib. Tağbəndin hörgüsündə istifadə olunan kərpic körpüdən bir qədər yuxarıda, Kürmük çayının sol sahilində, İlisu kəndinin ərazisində yerləşən və XVII-XVIII əsrlərə aid edilən Sumuq qala adı ilə tanınan müdafiə qülləsinin tikintisində işlənən tikinti materialı ilə eynilik təşkil edir. Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür.

İlisu Dövlət Tarix Memarlıq Qoruğunun Direktoru Azər Qocayev "Birxeber"un yerli bürosuna bildirib ki, ulu körpünün başqa bir özəlliyi isə həmin dövrdə bərk materialdan inşa edilməsidir:

"Bu materialdan həmdə qida kimi istifadə etdiyimiz yumurta sarısıdır. Ulu Körpünü hər il minlərlə turist ziyarət edir. İstər yerli, istərsə də xarici turistlər bu gözəl abidəyə səfər edir. Deyilənlərə görə, 1844-cü ilin iyununda çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccüblənib. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Danyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib".

Qeyd edək ki, hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Xalq artisti İrana Tağızadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Xalq artisti İrana Tağızadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Direktor Kukla Teatrında aparılan yoxlamalara münasibət bildirib: "Burada ciddi oyun gedir"

Direktor Kukla Teatrında aparılan yoxlamalara münasibət bildirib: "Burada ciddi oyun gedir"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycan və Qazaxıstanda mədəniyyət günləri keçiriləcək

Azərbaycan və Qazaxıstanda mədəniyyət günləri keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb

Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib - YENİLƏNİB-2

Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib - YENİLƏNİB-2

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İçərişəhərdə divara quraşdırılmış daş yumruq götürülüb

İçərişəhərdə divara quraşdırılmış daş yumruq götürülüb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
ABŞ-də Şuşaya həsr olunmuş sənədli film nümayiş olunacaq

ABŞ-də Şuşaya həsr olunmuş sənədli film nümayiş olunacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar atəşfəşanlıq olub - YENİLƏNİB

Bakıda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar atəşfəşanlıq olub - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin olunub