Volodin: Rusiya ATƏT PA-ya “əlvida” deməlidir

Volodin: Rusiya ATƏT PA-ya “əlvida” deməlidir

Rusiya ATƏT Parlament Assambleyası (PA) ilə vidalaşmalıdır, çünki təşkilatda müstəqillik yoxdur, lakin siyasiləşmə var.

“Birxeber.Az” xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında bildirib.

“Gəlin özümüz üçün qərar verək, ATƏT PA-ya “əlvida” deməyin vaxtıdır. Təşkilat qətiyyən müstəqil deyil, siyasiləşib. Onlar Vaşinqtonun bütün rəqslərini ifa edirlər - biz orada nə edək?”, - V.Volodin vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyətdə ən pisi Rusiya nümayəndə heyətinin assambleya qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməsidir: “Biz ən çox vəsait köçürənlərdənik. Ona görə də ATƏT PA-ya vəsaitlərin köçürülməsi dayandırılmalıdır. Onlar özlərinə gələnə qədər bizim orada işimiz yoxdur. Çünki istənilən parlamentlərarası strukturun işinin əsasında prinsiplər dayanmalıdır”.