Estoniya kəşfiyyatının rəhbəri: Rusiya Qərblə hərbi qarşıdurmaya hazırlaşır

Estoniya kəşfiyyatının rəhbəri: Rusiya Qərblə hərbi qarşıdurmaya hazırlaşır

Rusiya qarşıdakı onilliklər ərzində Qərblə hərbi qarşıdurmaya hazırlaşır.

“Birxeber.Az” “The Guardina”a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin deyib.

O bildirib ki, Rusiya NATO sərhədlərinə, o cümlədən Finlandiya, Estoniya, Litva və Latviya ilə sərhədlərində qoşunların sayını iki dəfə artırmaq niyyətindədir.

“Rusiya uzunmüddətli qarşıdurma yolunu seçdi. Kreml, çox güman ki, yaxın on il ərzində NATO ilə mümkün münaqişəni proqnozlaşdırır", - K.Rosin söyləyib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.