Rusiya XİN Estoniya Baş nazirinin axtarışa verilməsinə münasibət bildirib

Rusiya XİN Estoniya Baş nazirinin axtarışa verilməsinə münasibət bildirib

Dünyanı nasizm və faşizmdən azad edənlərin xatirəsinə qarşı cinayətlərə görə cavab verilməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Daxili İşlər Nazirliyinin Estoniya Baş naziri Kaya Kallası axtarışa verməsinə münasibət bildirərkən deyib.

"Bunlara görə cavab vermək lazımdır və bu, hələ başlanğıcıdır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası və dövlət katibi Taymar Peterkopu axtarışa verib. Hər iki Estoniya rəsmisi ölkə ərazisində Sovet əsgərlərinin xatirəsinə həsr olunan abidlərin sökülməsi cinayətlərində ittiham olunur.