Kanada keçmiş nasist Yaroslav Qunkonu Rusiyaya ekstradisiya etməkdən imtina edib

Kanada keçmiş nasist Yaroslav Qunkonu Rusiyaya ekstradisiya etməkdən imtina edib

Kanada keçmiş SS əməkdaşı, nasist Yaroslav Qunkonu Rusiyaya ekstradisiya etməkdən imtina edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novostiyə bildirilib.

Qeyd olunub ki, Kanada iki ölkə arasında (Rusiya ilə Kanada-red) ekstradisiya haqqında müqavilə olmadığına istinad edərək Qunkonu Moskvaya verməkdən imtina edib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Qunkonun Kanadadan ekstradisiya olunması üçün İnterpola müraciət hazırlanması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanadaya səfəri zamanı parlamentdə Yaroslav Qunko ilə görüşü təşkil olunub. Qunkonun keçmiş SS əməkdaşı olduğu barədə məlumatlar yayılandan sonra Kanada parlamentinin spikeri istefa verib.