Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçir

Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçir

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 18 manatdır.

İddiaçılar təkliflərini fevralın 27-si, saat 17:00-a qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 27-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, AERA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,914 milyon manatdır.