AYNA rəsmisi: Sərnişin marşrut xəttində tıxacda qalacaqsa, o avtobusa minməyəcək

AYNA rəsmisi: Sərnişin marşrut xəttində tıxacda qalacaqsa, o avtobusa minməyəcək

Sərnişin marşrut xəttində tıxacda qalacaqsa, o avtobusa minməyəcək. Buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobusların cəlbediciliyini artırmaq üçün zolaqların əhatə dairəsini genişləndirməyi hədəfləyib.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov “Rəqəmsal Dialoq” çərçivəsində deyib.

O qeyd edib ki, avtobuslar tıxacda qaldıqları üçün bəzən bir dayanacağa ard-arda daxil olurlar: “Avtobus zolaqlarının əsas mahiyyəti onların tıxac olan ərazilərdə təşkil olunması və nəticə etibarı ilə də xətlərarası pozulan qrafiki bərpa etməkdən ibarətdir”.

“Hazırda Bakı şəhərində 21 avtobus zolağı var ki, bu da təxminən 70 kilometri əhatə edir. Biz bu zolaqların 160 km uzunluqda olmasını planlaşdırırıq”.