Kreml Putinin seçkiqabağı debatlardan imtina etməsinə aydınlıq gətirib

Kreml Putinin seçkiqabağı debatlardan imtina etməsinə aydınlıq gətirib

Kreml Rusiya prezidentliyinə namizəd hazırki dövlət başçısı Vladimir Putinin seçkiqabağı debatlarda iştirakdan imtina etməsinə aydınlıq gətirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin seçkiqabağı debatlardan imtina etməsini prezidentin hər gün rusiyalıların həyatının bütün aspektləri barədə danışması ilə izah edib.

“Rusiyalılar virtual olaraq gündəlik olaraq Putinin ölkə həyatının bütün aspektləri ilə bağlı bəyanatlarını görmək imkanı var",deyə Kremlin sözçüsü vurğulayıb.