Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 37 % artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 37 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 553 milyon manat və yaxud ötən ilin yanvar ayı ilə müqayisədə 37,4 % çox vəsait yönəldilib.

“Birxeber.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 44,5 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 34,1 % artıb.

Ötən ay istifadə olunmuş vəsaitin 707,3 milyon manatı və yaxud 45,5 %-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı və yaxud 50,4 %-i xidmət sahələrinə, 63,1 milyon manatı və yaxud 4,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 1 milyard 284,3 milyon manatını və yaxud 82,7 %-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 167,7 milyon manatı və yaxud 75,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.