Dövlət Turizm Agentliyi Çində və Hindistanda təmsilçilik xidməti göstərəcək

Dövlət Turizm Agentliyi Çində və Hindistanda təmsilçilik xidməti göstərəcək

Dövlət Turizm Agentliyi Çində və Hindistanda təmsilçilik xidməti təşkil etməyə hazırlaşır.

"Birxeber.Az" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu ölkələrdə turizm sənayesi nümayəndələri üçün tədbirlər və təqdimatlar keçiriləcək.

Bundan başqa, qurum Azərbaycanın turizm imkanları ilə bağlı Çin, Hindistan, Cənubi Koreya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Bəhreyn və Türkiyədə təbliğat işləri aparacaq.

Xatırladaq ki, hazırda Azərbaycanın yalnız İsraildə turizm nümayəndəliyi fəaliyyət göstərir.