COP-29 Təşkilat Komitəsinin üzvü Dünya Hökumətləri Sammitində iştirak edib

COP-29 Təşkilat Komitəsinin üzvü Dünya Hökumətləri Sammitində iştirak edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Dünya Hökumətləri Sammitində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə iqlim fəaliyyətinə vahid yanaşmanın vacibliyi vurğulanıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya Hökumətlər Sammiti keçirilir.