KİV: NATO-nun dağılması zaman məsələsidir

KİV: NATO-nun dağılması zaman məsələsidir

NATO-nun dağılması zaman məsələsidir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin məşhur “Politico” nəşri yazıb.

Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz: “İndiki mərhələdə ABŞ-dakı prezident seçkilərində Donald Trampın qalib gəlməsinin əhəmiyyəti yoxdur. Bu, yalnız NATO-nun dağılma vaxtına təsir edə bilər”.

Nəşr, həmçinin yazıb ki, Avropa artıq tək qalıb.

Qeyd edək ki, Şimali Atlantika Alyansı - NATO 1949-cu ildə yaradılıb. Alyansın təsis edilməsində məqsəd sülhün qorunmasını və azadlıqların müdafiəsini təmin etməkdir. Hazırda Alyansın 31 üzvü var.