İtaliyanın müdafiə naziri təcili xəstəxanaya yerləşdirilib

İtaliyanın müdafiə naziri təcili xəstəxanaya yerləşdirilib

İtaliyanın müdafiə naziri Quido Krosetto təcili olaraq xəstəxanaya çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, fevralın 12-si səhər saatlarından etibarən sinəsində güclü ağrı hiss edib.

Xəstəxanaya müraciət edən nazir müayinə olunsa da, onun ağrılarının səbəbi hələ ki açıqlanmır. Bununla belə, əsas səbəbin perikardit (ürək qişasının və ya ürək kisəsinin iltihabı) olduğu istisna edilmir.