Milli Məclis Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib

Milli Məclis Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib

Milli Məclis Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib.

“Birxeber”un xəbərinə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının günədliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər.

Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir.

Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Milli Məclis Milli Məclis
Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin 20 min manat cərimələnməsi III oxunuşda təsdiqlənib

Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin 20 min manat cərimələnməsi III oxunuşda təsdiqlənib

Milli Məclis Milli Məclis
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb - SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb - SİYAHI

Milli Məclis Milli Məclis
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada komitələrin birgə iclası keçiriləcək - EKSKLÜZİV

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada komitələrin birgə iclası keçiriləcək - EKSKLÜZİV

Milli Məclis Milli Məclis
Səməd Seyidov: "Beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur"

Səməd Seyidov: "Beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur"

Milli Məclis Milli Məclis
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri məlum olub

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri məlum olub

Milli Məclis Milli Məclis
MM-in komitə sədri: “Həkim və dərman şirkətlərinin əməkdaşlığı var”

MM-in komitə sədri: “Həkim və dərman şirkətlərinin əməkdaşlığı var”

Milli Məclis Milli Məclis
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib

Milli Məclis Milli Məclis
Deputat: “Ərdoğanın hər gəlişi ölkəmizə böyük sevinc gətirir, gücümüzə güc qatır”

Deputat: “Ərdoğanın hər gəlişi ölkəmizə böyük sevinc gətirir, gücümüzə güc qatır”

Milli Məclis Milli Məclis
MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib - ƏLAVƏ OLUNUB

MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib - ƏLAVƏ OLUNUB

Milli Məclis Milli Məclis
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB

Milli Məclis Milli Məclis
AMEA-nın vitse-prezidenti: "Azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər görülür"

AMEA-nın vitse-prezidenti: "Azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər görülür"

Milli Məclis Milli Məclis
Milli Məclisin komitəsi 26 məsələni plenar iclasa tövsiyə edib

Milli Məclisin komitəsi 26 məsələni plenar iclasa tövsiyə edib