Mirzoyan və Luazo Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Mirzoyan və Luazo Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsinin sədri Natali Luazo Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, onlar Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlıq proqramına dair məsələləri müzakirə ediblər. Hər iki tərəfin bu istiqamətdəki səyləri qeyd edilib.