“Braqa”nın hücumçusu: “Qarabağ” fərqli komandadır”

“Braqa”nın hücumçusu: “Qarabağ” fərqli komandadır”

“Qarabağ” fərqli komandadır”.

“Report” xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Rikardo Horta UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Azərbaycan çempionu barədə danışarkən deyib.

29 yaşlı hücumçu Portuqaliya çempionatında “Sportinq”ə böyükhesablı (0:5) məğlubiyyətə baxmayaraq, avrokuboklarda ab-havanın fərqli olduğunu bildirib: “Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.