Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir”

Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir”

“Beynəlxalq ictimaiyyət Ermənistan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşicəsinə hücumlarını yekdilliklə pisləməlidir”.

Bunu “Birxeber”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys Gəncəyə raket hücumlarının ikinci ildönümünü münasibət bildirərkən deyib.

“Gəncəyə, dinc əhaliyə və Azərbaycanın infrastrukturuna raket zərbələri dünya tarixinin kədərli səhifəsidir. Ermənistan hakimiyyəti bu əməllərinə görə beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmalı və pislənməlidir. Avropa İttifaqı müharibə cinayətlərinə görə cavab verməsi və təzminat ödəməsi üçün Ermənistana təzyiq göstərməlidir”, - o vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında Gəncə şəhərinin atəşə tutulmasını yalnız 1939-cu ilin sentyabrında Varşavanın bombalanması ilə müqayisə etmək olar: “Amma dünya Ermənistan rejiminin müasir dövrdə törətdiyi kütləvi vəhşiliklərə susur”.

Amerikalı politoloq ABŞ Konqresini Gəncəyə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş qətnamə hazırlayıb təsdiq etməyə çağırıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini 2020-ci ildə ümumilikdə 5 dəfə - oktyabrın 4, 5, 8, 11, 17-də raketlərdən və ağır artilleriya qurğularından atəşə tutub. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.

Xarici siyasət Xarici siyasət
“HaberGlobal” Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə yardımları ilə bağlı süjet hazırlayıb - VİDEO

“HaberGlobal” Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə yardımları ilə bağlı süjet hazırlayıb - VİDEO

Xarici siyasət Xarici siyasət
Ali Məhkəmənin sədr müavini Belarusda olub

Ali Məhkəmənin sədr müavini Belarusda olub

Xarici siyasət Xarici siyasət
Malayziya səfirliyi Azərbaycanı diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Malayziya səfirliyi Azərbaycanı diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Xarici siyasət Xarici siyasət
Maldiv XİN rəsmisi: “Azərbaycana Afrika və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına görə təşəkkür edirik”

Maldiv XİN rəsmisi: “Azərbaycana Afrika və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına görə təşəkkür edirik”

Xarici siyasət Xarici siyasət
Qərbi Azərbaycan İcması Fransanı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa çağırıb

Qərbi Azərbaycan İcması Fransanı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa çağırıb

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Azərbaycan-İsrail əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb

Prezident İlham Əliyev Azərbaycan-İsrail əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb

Xarici siyasət Xarici siyasət
Səfir: "Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”

Səfir: "Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”

Xarici siyasət Xarici siyasət
Səfir: "Türkiyə Rusiya və Ukrayna ilə dialoqu davam etdirən yeganə ölkədir"

Səfir: "Türkiyə Rusiya və Ukrayna ilə dialoqu davam etdirən yeganə ölkədir"

Xarici siyasət Xarici siyasət
Türkiyənin Vaşinqtondakı səfiri Azərbaycan xalqını Zəfər Gününü münasibətilə təbrik edib

Türkiyənin Vaşinqtondakı səfiri Azərbaycan xalqını Zəfər Gününü münasibətilə təbrik edib

Xarici siyasət Xarici siyasət
BMT rəsmisi: "Azərbaycanda məhbus qadınlara lazımi şərait yaradılıb"

BMT rəsmisi: "Azərbaycanda məhbus qadınlara lazımi şərait yaradılıb"

Xarici siyasət Xarici siyasət
Ruslan Davıdov: "Gəncədə gömrük sahəsində müzakirələrin böyük əhəmiyyəti var"

Ruslan Davıdov: "Gəncədə gömrük sahəsində müzakirələrin böyük əhəmiyyəti var"

Xarici siyasət Xarici siyasət
Rasim Musabəyov: “Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün vacibdir”

Rasim Musabəyov: “Orta Dəhliz Azərbaycan və Qazaxıstan üçün vacibdir”