Polşa klubunun baş məşqçisi: "Rahil Məmmədov keyfiyyətini göstərdi"

Polşa klubunun baş məşqçisi: "Rahil Məmmədov keyfiyyətini göstərdi"

Düşünürəm ki, Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyəti var və bu gün bunu göstərdilər.

"Birxeber.Az" xəbər verir ki, bunu Polşanın LKS komandasının baş məşqçisi Pyotr Stokovets Ekstraklasanın XX turunda səfərdə "Korona"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda fərqli kollektiv gördüyünü bildirib: "Bu nəticəyə görə təəssüflənirəm. Komanda yaxşı işləyir. Bu qarşılaşmada ürəkli çıxış etdilər. Bizim üçün ağır məğlubiyyət idi. Çətindir, amma nəticə qazanmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik".

Qeyd edək ki, LKS 19 matçdan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Lodz təmsilçisi 15-ci pillədəki "Korona"dan 11 xal geridədir.