Abşeronda itkin düşən məktəbli qızlar tapılıb - YENİLƏNİB

Abşeronda itkin düşən məktəbli qızlar tapılıb - YENİLƏNİB

Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

APA-nın əldə etdiyi məlumata görə, məktəblilər Kürdəmirdə aşkarlanıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirilib ki, barələrində axtarış elan olunan iki yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb. Onların valideynlərinə məlumat vermədən qohumları gilə getmələri müəyyən olunub, kriminal tərkib yoxdur. Araşdırma aparılır.

***

00.38

Abşeronda iki məktəbli qız itkin düşüb.

APA xəbər verir ki, bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Bildirilib ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.