Valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydalar müəyyənləşib

Valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydalar müəyyənləşib

Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən valyuta sərvətləri və milli valyutanın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və tranzit keçirilməsi zamanı tətbiq olunur.

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir . Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında bu Qaydalarda müəyyən edilmiş indikatorları nəzərə almaqla onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir. Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir:

- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.

Bu Qaydalarda nəzərdə tutulan hallarda gömrük orqanları aşağıdakı indikatorları nəzərə alır:

- valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədilə bağlı məlumatların onları Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirən şəxs tərəfindən təqdim olunmasından imtina edilməsi və ya bu barədə bir- biri ilə ziddiyyət təşkil edən, habelə düzgün olmayan məlumatların verilməsi;

- valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxs tərəfindən gömrük orqanlarına düzgün olmayan məlumatları əks etdirən və ya etibarsız sənədlərin təqdim edilməsi;

- valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırıl- masına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yüksək riskli zona hesab edilən ölkəyə (əraziyə) səyahət etməsi və ya belə ölkədən (ərazidən) qayıtması, habelə valyuta sərvətləri və milli valyutanın mənbəyinin və ya istifadə yerinin belə ölkə (ərazi) göstərilməsi;

- valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması.

Qaydalarda nəzərdə tutulan hallarda gömrük orqanları müvafiq məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə və cinayət təqibini həyata keçirən orqana göndəriNəzərdə tutulan məlumat və sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda nəzərdə tutulmuş formada və qaydada göndərilir. Hərəkəti dayandırılmış valyuta sərvətləri və milli valyuta gömrük orqanlarının müəyyən etdiyi yerlərdə nəzarət altında saxlanılır. Gömrük orqanlarına bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş müddət ərzində cinayət təqibini həyata keçirən orqan və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən valyuta sərvətləri və milli valyutanın dayandırılmasına kifayət qədər əsasın olmaması ilə bağlı məlumat daxil olduqda və ya hər hansı məlumat daxil olmadıqda, gömrük orqanları onların sahibinə qaytarılması ilə bağlı əsaslandırılmış qərar qəbul edirlər.