Banklar tərəfindən investisiya xidmətlərinin keçirilməsi tələbləri müəyyənləşib

Banklar tərəfindən investisiya xidmətlərinin keçirilməsi tələbləri müəyyənləşib

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarında dəyişikliklər təsdiq edilib.

APA-Economics” xəbər verir ki, qərara əsasən banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi mümkün olacaq.

Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər aşağıdakılardır:

İnvestisiya xidmətləri (əməliyyatları) yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə (departament, şöbə, bölmə və s.) vasitəsilə həyata keçirilməli, investisiya xidmətlərini (əməliyyatlarını) göstərən əməkdaşları bu Qaydanın 12.3-cü bəndinə uyğun olaraq ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri investisiya xidmətləri sahəsində minimum 2 (iki) illik iş təcrübəsinə malik olmalı, müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.

Həmçinin anderrayter tərəfindən yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızlar üzrə bu Qaydanın 17.2.9-cu yarımbəndində müəyyən edilən daxili qaydalara uyğun olaraq mövcud və ya əmələ gələ biləcək risklər barədə təhlil aparılır və bu barədə investorlara yazılı məlumat verilir.