Kolumbiyada mühafizəçilərə hücumlar səbəbindən həbsxanalarda fövqəladə vəziyyət elan edilib

Kolumbiyada mühafizəçilərə hücumlar səbəbindən həbsxanalarda fövqəladə vəziyyət elan edilib

Kolumbiya hakimiyyəti həbsxana işçilərinə qarşı hücumların artması ilə əlaqədar ölkənin penitensiar sistemində fövqəladə vəziyyət elan edib.

"Report"un məlumatına görə, bunu ölkənin ədliyyə və hüquq naziri Nestor Osuna mətbuat konfransında bildirib.

"Biz bütün ölkədə penitensiar sistemdə fövqəladə vəziyyət elan etmişik. Bu vəziyyət qismən də Milli Penitensiar və Penitensiar İnstitutun əməkdaşlarına qarşı təhdidlərin artması və ölkənin müxtəlif yerlərində son bir neçə gündə baş verən mühafizəçi qətlləri ilə əlaqədardır”, - o deyib.

Osuna həbsxanalarda qəsb hallarının artdığını da etiraf edib. “Fövqəladə vəziyyətin tətbiqində məqsəd mühafizəçilərin həyatını qorumaq və onların sakit işləməsi üçün şəraiti təmin etmək, habelə hədə-qorxu ilə tələblərə qarşı mübarizə tədbirlərini gücləndirməkdir”, - nazir əlavə edib. Tədbirlərdən biri həbsxanaların yaxınlığında mobil telefon siqnallarının bloklanması olacaq.

Son həftələr Kolumbiyada həbsxana divarları xaricində həbsxana zabitlərinə qarşı bir neçə hücum olub.