Tailandın XİN başçısı Blinkenlə İsrail və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Tailandın XİN başçısı Blinkenlə İsrail və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Tailandın xarici işlər naziri Panpri Phitthanukon və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda görüşüblər.

APA xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər İsrail və Ukraynadakı vəziyyəti, eləcə də Qəzza zolağında taylandlı girovların azad edilməsi üzrə davam edən səyləri müzakirə ediblər.

Həmçinin Myanmadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıkıb və Amerika tərəfinin Tailand əhalisinə yardım göstərməklə bağlı humanitar təşəbbüsü alqışlanıb.