Efiopiyada mədən qəzası nəticəsində onlarla insan dağıntılar altında qalıb

Efiopiyada mədən qəzası nəticəsində onlarla insan dağıntılar altında qalıb

Efiopiyada qiymətli daş mədəninin çökməsi nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə BBC teleradio korporasiyası məlumat yayıb.

Qeyd edilir ki, opal axtarışına çıxanlar bloklanıb. Ətrafdakı yaşayış məntəqələrinin sakinləri onlara kömək etməyə və dağıntıları təmizləməyə çalışırlar. Bununla belə, onların böyük qaya parçaları ilə öhdəsindən gəlmək çox çətindir.

"Hadisə yerinə çatdıqda sağ qalanları tapacağımıza ümid edirik. Şanslar getdikcə azalır, lakin biz səylərimizi dayandırmırıq", - hadisə şahidi Tesfayen deyib.