İstanbula hərəkət edən turist avtobusu qəzaya uğrayıb, 10 nəfər xəsarət alıb

İstanbula hərəkət edən turist avtobusu qəzaya uğrayıb, 10 nəfər xəsarət alıb

Türkiyənin Bursa şəhərindən İstanbula doğru hərəkət edən, Qətər, İraq və İndoneziyadan olan turistləri daşıyan avtobusu yağışla hava şəraitində sürüşkən yolda idarəetmədən çıxaraq, əvvəlcə yanacaqdoldurma məntəqəsinin nişanına, sonra isə işıq dirəyinə çırpılıb.

Bu barədə “Birxeber.Az” “Haber Global”a istinadən xəbər verir.

Qəza zamanı 4-ü uşaq olmaqla 10 turist yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.